İngiltərə Premyer Liqası: “Mançester Siti” doğma meydanda “Brentford”u məğlub etdi – VİDEO

Dünya


İngiltərə Premyer Liqasının 18-ci turunun matçında “Mançester Siti” doğma meydanda “Brentford”a 1:0 hesabı ilə qalib gəlib.

resmixeber.az xəbər verir ki, “şəhərlilər” qarşılaşma zamanı hədsiz üstünlüyə malik olsalar da, uzun müddət bunu reallaşdıra bilməyiblər. İkinci hissədə qonaq müdafiəçinin səhvindən istifadə edən Erlinq Holand uğurlu əks-hücum keçirməyi bacarıb.

“Mançester Siti” 56 xal toplayıb və Premyer Liqada ikinci pilləyə qayıdıb, “Brentford” isə 25 xalla 14-cü yerdədir.

Növbəti matçda “Mançester Siti” fevralın 24-də səfərdə “Bornmut” ilə qarşılaşacaq. “Brentford” isə fevralın 26-da “Vest Hem”lə oynayacaq.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir