İsmayıllının yeni avtovağzalında sərnişinlər saatlarla avtobus gözləməli olurlar – İDDİA + VİDEO

Cəmiyyət


İsmayıllıda yeni avtovağzal tikilib istifadəyə verilib, amma fəaliyyəti sakinləri qane etmir.

Xezerxeber.az-ın məlumatına görə, əvvəllər sıxlıq yaşanan bu məkanda indi tək-tük sərnişin və böyük ümidlə sərnişin gözləyən sürücülər gözə dəyirlər.

Sakinlərin sözlərinə görə, Bakı şəhəri və digər istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələri qrafikə uyğun işləyə bilmir. Gün ərzində iki-üç, bəzən isə bütün reyslər birləşdirilərək Bakıya tək bir avtobus yola düşə bilir.

Bu qrafik isə sərnişinləri qane etmir.

Mövcud vəziyyət sürücüləri də qane etmir. Onların sözlərinə görə, avtobus sayı az olduğundan sərnişinlər tez getmək üçün avtovağzaldan kənar fəaliyyət göstərən nəqliyyat vasitələrindən istifadə edirlər.

Rayon avtovağzalının nümayəndəsi də mövcud qrafikin sərnişinləri qane etmədiyini təsdiqləyir.

Sakinlər isə deyirlər ki, saatlarla avtobus gözləməmələri üçün avtovağzal rəhbərliyi fəaliyyətini günün tələbləri istiqamətində qurmalıdır.

Ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir