COP28-in prezidenti: “2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmaq hədəflənir”

Dünya


“BƏƏ-də əldə olunan konsensus ilə temperatur artımını 1,5 Selsi dərəcəyə qədər məhdudlaşdırmaq üçün aydın yol xəritəsi müəyyən edilib”.

“resmixeber.az” xəbər verir ki, bunu COP28-in prezidenti Sultan Əl-Cabir “COP28-dən sonra: Birləşmək, hərəkət etmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı yüksəksəviyyəli dəyirmi masada deyib.

“BƏƏ əldə olunan konsensusla qalıq yanacaqlardan ədalətli, nizamlı və məsuliyyətli keçidlə bağlı ilk razılaşma daxil olmaqla, iqlim gündəmində bir sıra ilklərə imza atılıb. Bununla 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmaq və eyni dövrdə meşələrin kəsilməsinə son qoymaq öhdəliyini yerinə yetirmək hədəflənir”, – o vurğulayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir