Qvardiola oyuna buraxmayaraq icarəyə verdiyi məşhur futbolçudan üzr istədi – VİDEO

DIN


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hazırda icarə əsasında “Vest Hem”də çıxış edən yarımmüdafiəçi Kalvin Fillipsdən üzr istəyib.

Belə ki, ingiltərəli futbolçu “Vest Hem”ə keçdikdən sonra Qvardioladan incikliyi barədə danışıb. Onun sözlərinə görə, bununla bağlı hadisə 2022-ci ildə Qətərdə dünya çempionatından qayıtdıqdan sonra baş verib. İspaniyalı məşqçi onu artıq çəkili olmaqda ittiham edib və formaya qayıdana qədər oynamayacağını, hətta məşqə buraxmayacağını deyib. Fillipsin sözlərinə görə, Qvardiolanın şərhləri onu hədsiz dərəcədə əsəbiləşdirib və özünə hörmətinə mənfi təsir edib.

Qvardioladan bu deyilənlərlə bağlı soruşduqda isə o üzr istəyib:

“Bəli, mən çox təəssüf edirəm. Hər səkkiz ildən bir pis deyil. Amma təəssüf edirəm. Ondan üzr istəyirəm”, – deyə məşqçi bildirib.

Bu mövsüm Fillips bütün yarışlarda 14 matçda iştirak edib və bir qol vurub.

Mənbə: Daily Mail

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir