Peşə təhsili alanların NƏZƏRİNƏ: Adambaşı maliyyələşmə mexanizmi nə vəd edir? – AÇIQLAMA + FOTO

Cəmiyyət


Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilib.

Belə ki, bu qərar adambaşına maliyyələşmə mexanizminin tətbiq edildiyi peşə təhsili müəssisələrinə şamil edilmir.

Bəs adambaşı maliyyələşmə mexanizmi peşə təhsili alan neçə tələbəyə şamil ediləcək?

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli resmixeber.az-a açıqlamasında bildirib ki, 2023-cü il ərzində adambaşı maliyyələşmə mexanizmi səkkiz  müəssisə üzrə ümumilikdə 5 452 tələbəyə şamil edilib:

“2026-cı ilə qədər 12 min tələbənin əhatə edilməsi planlaşdırılır. “Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 mart tarixli 2067 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 14 iyun 2023-cü il tarixli 192 nömrəli qərarına əsasən, ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı təsdiq edilib. 

Bu mexanizmin tətbiqi peşə təhsili müəssisələrinə bir sıra əlverişli imkanlar yaradır. Peşə təhsili müəssisələrinin maliyyə imkanlarının yaxşılaşması təhsilalanların daha keyfiyyətli tədrislə təmin olunmasına imkan yaradacaq, adambaşına maliyyələşmə mexanizmi tətbiq edildiyi müəssisələrdə daha rəqabətli əməkhaqqı sisteminin yaranmasına səbəb olacaq, rəqabətədavamlı maliyyələşmə sistemi uyğun olaraq rəqabətqabiliyyətli təhsilverənlərin və idarəedici heyətin müəssisələrə cəlb olunmasına və davamlı təkmilləşdirilməsinə şərait yaradacaqdır”.


O əlavə edib ki, adambaşına maliyyələşmə mexanizmi müəssisələrə öz maddi-texniki bazalarını müasir dövrün tələblərinə uyğunlaşdırmaq imkanı verəcək:

“Yeni yanaşma sahibkarlıq subyektləri ilə birgə fəaliyyət təsərrüfatlarının yaranmasına da şərait yaradır”.

İlhamə Əbülfət 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir