Avstriyanın Qraz Tibb Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma yuxunun keyfiyyəti ilə fərdi şəxsiyyət xüsusiyyətləri arasındakı mühüm əlaqənin olmasına aydınlıq gətirib.
“Frontiers in Psychology” jurnalında dərc olunan hesabata görə, alimlər psixiatrik diaqnozu olan xəstələr də daxil olmaqla 657 tədqiqat iştirakçısının məlumatlarını təhlil ediblər.
Araşdırmanın nəticələri göstərib ki, yuxu problemləri təkcə psixikası pozulan insanlarla məhdudlaşmır. Yuxu rejimləri ilə fərdi şəxsiyyət xüsusiyyətləri arasında da əhəmiyyətli bir əlaqə müəyyən edilib.
Xüsusilə, özünü yüksək qiymətləndirmə və özünə heyranlıqla təzahür edən narsisistik meyilləri olan insanlar yuxuya getməkdə və yuxu keyfiyyətində çətinlik çəkiblər. Oxşar problemlər öz məqsədlərinə çatmaq üçün tez-tez manipulyasiyadan istifadə edən makiavellistlər arasında da tapılıb.
Alimlər antisosial davranış, eqoizm və qəddarlıqla xarakterizə olunan psixopatik xüsusiyyətlərə malik şəxslərə xüsusi diqqət yetiriblər. Bu psixoloji xüsusiyyətlər sahiblərində yuxuya getməyə və keyfiyyətli yuxuya əhəmiyyətli dərəcədə maneə müşahidə olunub.
Bu əlaqənin mexanizmləri tam başa düşülməsə də, mütəxəssislər fərdi şəxsiyyət xüsusiyyətlərindən qaynaqlanan yuxu problemi ilə üzləşən insanların psixoloqlardan kömək istəmələrini, davranış və xarakterlərini düzəltmək üçün fəal işləməyi tövsiyə edirlər.
Mənbə: pravda.ru
www.RESMIXEBER.az