“Real Madrid”in türkiyəli oyunçusu Arda Gülerin yay transfer pəncərəsində klub qeydiyyatı müvəqqəti dəyişə bilər.
Mənbənin sözlərinə görə, Madrid klubunda yeddi ay keçdikdən sonra 18 yaşlı yarımmüdafiəçinin matçların tempini saxlamaq üçün kifayət qədər fiziki hazırlığının olmadığı məlum olub. Bu baxımdan, “Real Madrid” Ardanın oyun təcrübəsi qazanmaq üçün yayda başqa kluba getməsi variantını nəzərdən keçirir.
Qeyd olunur ki, Güler qalsa, gələn mövsüm onun oyun müddəti daha da azala bilər.
Xatırladaq ki, Güler bu mövsüm bütün turnirlərdə dörd matçda iştirak edib, heç birində fərqlənə bilməyib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.
Mənbə: Relevo.com
www.RESMIXEBER.az