Cəlilabadda doqquz yaşlı uşağı avtomobil vurub

Cəmiyyət


Cəlilabad rayonunda doqquz yaşlı uşağı avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, N.Ağayev idarə etdiyi “Honda” markalı minik avtomobili ilə rayon sakini, 2015-ci il təvəllüdlü Z.Abbasovanı vurub.

Müxtəlif bədən xəsarətləri alan azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir