Ermənistan ordusunda dəyişikliklər başladı: Rusiyayönlü hərbçiləri əvəz edirlər

Dünya


“Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan köhnə kadrlardan qurtulmaq və öz zövqlərinə uyğun hərbi elita yaratmaq qərarına gəliblər”.

Bu ifadələr erməni KİV-lərindən birində dərc edilən məqalədə yer alıb.

Nəşr bildirib ki, Azərbaycan-Ermənistan şərti sərhədində fevralın 12-də baş verən gərginlikdən sonra Ermənistan Müdafiə Nazirliyində kadr dəyişikliklərinin həyata keçirilməsinə başlanılıb.

“Təbii ki, bu dəyişikliklər çoxdan planlaşdırılıb, lakin hökumət bu yolla sərhəddə baş verən hadisələrlə kadr dəyişiklikləri arasında əlaqə yaratmağa və günahkarların cəzalandırıldığı görüntüsünü verməyə çalışır. Halbuki, əslində, Müdafiə Nazirliyindəki mənbələrimizin əvvəllər bizə dediyi kimi, müdafiə qüvvələrinin və Baş Qərargahın idarəetmə strukturunda dəyişikliklərin aparılması nəzərdə tutulur və onların məqsədi tamam başqadır”, – deyə məqalədə bildirilib.

Yazıda iddia edilir ki, Ermənistan ordunu Rusiyanın təsirindən uzaqlaşdırmağa və NATO kadrlarını cəlb etməyə çalışır.

“Həmçinin məlumat var ki, bu dəyişikliklərin əsasında Rusiya “məktəbindən” keçmiş və Rusiyanın təsiri altında olan hərbi qulluqçuların əsas vəzifələrindən azad edilməsi məsələsi dayanır. Məlumata görə, sistem rusiyayönümlü əsgərlərdən təmizlənir və NATO kadrları səhnəyə çıxarılır”, – deyə qeyd edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir