Xırdalan şəhəri, Bünyad Sərdarov küçəsi baxımsızlıqdan zibillik əraziyə çevrilib. Bununla bağlı videogörüntü resmixeber.az-ın redaksiyasına göndərilib.
Şikayətçi bildirir ki, mövcud durumla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara məlumat versə də, ərazinin təmizlənməsinə baxan yoxdur.
Məsələ ilə bağlı, hələ 10 gün əvvəl, yəni fevral ayının 3-də, Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Seymur Qasımbəyli həftənin şənbə gününün qeyri-iş günü olduğunu əsas gətirərək resmixeber.az-a bildirdi ki, iş günü araşdırılaraq məlumat veriləcək.
Artıq bu gün ayın 13-dür. Bu müddət ərzində dəfələrlə xatırlatma etsək də, təəssüf ki, sualımıza heç bir cavab ala bilmədik. Ötən gün yenidən ünvanladığımız “Axı siz açıqlama verməli idiniz, on gündür gözləyirik, niyə heç bir cavab vermirsiniz?” sualımıza Seymur müəllimin son cavabı belə oldu: “Əlimdə işim ola bilər, iclasda ola bilərəm, rəhbərliyin yanında ola bilərəm, qəbulda ola bilərəm. Amma mütləq əlaqə saxlayacağam. Sizə də açıqlama verəcəyəm, bir az səbirli olun, zəhmət olmasa”.
Biz də səbirli olmağı seçdik və bu gün də bu saata kimi gözlədik. Təəssüf ki, gözləntimizin bu dəfə də bir anlamı olmadı. Qəbul etdik ki, mətbuata açıqlama verməli olan şəxsin gün ərzində rəhbərliyin yanında və qəbullarda olması hansısa sualı cavablandırmaq üçün mətbuata zaman ayırmasından daha önəmlidir.
Videonu təqdim edirik:
@oxuaz Xırdalanda zibilliyə çevrilən Bünyad Sərdarov küçəsi.
www.RESMIXEBER.az