Abşeronda məktəbli qızlar itkin düşüblər – FOTO

Cəmiyyət


Abşeronda iki məktəbli qız itkin düşüb.

resmixeber.az xəbər verir ki, yeniyetmə qızlar dərsdən sonra evə qayıtmayıblar.

Bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər.

Onların sözləri görə, Masazır kənd 3 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdləri olan Saray Məmmədli və Aydan Muradzadə adlı qızlar saat təqribən 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.

Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər.

Valideynlər bildiriblər ki, qızlar tapılana qədər onlar özləri də axtarışlar həyata keçirəcəklər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir