Bayden “TikTok” hesabı açdı – VİDEO

Dünya


ABŞ Prezidenti Co Bayden 5 noyabrda keçiriləcək prezident seçkisi ilə bağlı kampaniyasını davam etdirmək üçün gənclərin üstünlük təşkil etdiyi sosial media platforması “TikTok”a üz tutub.

Bayden “TikTok” hesabı açıb və “@bidenhq” adlı hesabında ilk dəfə video yayımlayıb. O, bununla seçki kampaniyası üçün gənc seçicilərin diqqətini cəlb etməyə çalışıb.

Bayden ölkənin ən böyük idman təşkilatlarından biri olan Milli Futbol Liqasının (NFL) çempionluq mübarizəsi olan “Super Bowl”la bağlı sual-cavab videosunu paylaşıb.

30 saniyəlik videoda evində “Super Bowl”u izləyərkən oyunla bağlı sualları cavablandırıb.

“Bayden özü, yoxsa (ABŞ-nin keçmiş prezidenti Donald) Tramp?” – deyə ona sual ünvanlanıb. “Zarafat edirsən? Bayden!” – deyə ABŞ prezidenti gülərək cavab verib.

Baydenin seçki kampaniyası üzrə məsləhətçiləri Baydenin “TikTok” hesabının burada ən böyük auditoriyanı təşkil edən gənclərin seçici kimi cəlb edilməsi üçün aparılan kampaniyanın bir hissəsi olduğunu bildiriblər.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir