Sadır Japarov ABŞ-dən ölkənin daxili işlərinə qarışmamağı istəyib

Dünya


Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri dövlətin daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.

Qırğızıstan prezidenti bu barədə ABŞ dövlət katibi Antoni Blinkenə cavab məktubunda bildirib.

“Mən, həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, – deyə Qırğızıstan prezidenti qeyd edib.

Xatırladaq ki, bundan əvvəl A.Blinken Qırğızıstan rəhbərinə mesaj göndərərək, ölkədə qeyri-hökumət təşkilatları (QHT) haqqında qanuna baxılmasından narahatlığını ifadə edib. A.Blinkenin fikrincə, QHT-lər haqqında qanun Qırğızıstanda vətəndaş cəmiyyətinin vəziyyətinə mənfi təsir göstərəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir