“Fənərbağça” doğma meydanda “Alanyaspor”a qalib gələ bilmədi – VİDEO

Dünya


Trendyol Super Liqasının 25-ci həftəsində “Fənərbağça” doğma meydanda “Korendon Alanyaspor”la 2:2 hesablı heç-heçə edib.

resmixeber.az xəbər verir ki, “Fənərbağça”nın qollarını 49-cu dəqiqədə Dusan Tadic və 59-cu dəqiqədə Edin Dzeko vurub. “Alanyaspor”un qollarını isə 12 və 63-cü dəqiqələrdə Auqusto vurub.

“Fənərbağça” müxtəlif səbəblərdən “Alanyaspor” matçında beş futbolçusundan yararlana bilməyib. “Sarı-göylərin” heyətində Afrika Millətlər Kubokunda Nigeriya ilə mübarizə aparan Brayt Osayi-Samuel, eləcə də bir neçə zədə alan Coşua Kinq və Fred yer almayıblar. Zədəsi sağaldıqdan sonra məşqlərə başlayan Rodriqo Bekao və yeni transfer Serdar Dursun texniki heyətin qərarı ilə matç üçün heyətdə yer ala bilməyiblər.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir