Vətəndaşın məhkəmə işini müsbət həll edəcəyini deyən şəxsin cinayət işinin bəzi detalları məlum olub

Kriminal


Bakıda vətəndaşı aldadaraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Asif Əsədullazadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“resmixeber.az”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs sayılan Asif Əsədullazadə zərərçəkmiş Vüqar Əlxuda oğlu Məmmədovun etibarından sui-istifadə edərək özünün cəmiyyətdə yüksək nüfuza və geniş əlaqələrə malik şəxs olmasına inandırıb.

Bildirib ki, guya müxtəlif dövlət orqanlarında işləyən yüksək vəzifəli tanışlarının köməyi və məhkəmələrdə olan əlaqələrindən istifadə edərək zərərçəkmişin əmisi olan Əliyar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvətalma təkrar törədildikdə) maddəsi üzrə baxılan cinayət işini müsbət həll edəcəyi barədə yalan vəd verib.

Bununla da Asif Əsədullazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir