Çilinin helikopter qəzasında həlak olan keçmiş prezidenti Sebastyan Pinyera göyərtədə olan sərnişinləri xilas etmək üçün özünü fəda edib.
Bu barədə mərhum siyasətçinin Nazirlər Kabinetinin keçmiş naziri Karla Rubilar, Pinyeranın bacısının dediklərinə istinadla məlumat verib.
“Prezidentin bacısı deyir ki, mərhumun son sözləri “əvvəlcə siz atılın, çünki mən sizinlə tullansam, helikopter (hamımızın üstünə) düşəcək” olub”, – deyə Rubilar bildirib.
Məlumata görə, Pinyera helikopter havaya qalxdıqdan sonra onun nasaz olduğunu anlayıb və sərnişinləri xilas etmək üçün gölün üzərindən enməyə başlayıb. Onunla birlikdə gəmidə bacısı Maqdalena Pinyera, dostu və oğlu olub. Hər üçü sağ qalıb.
Yarılma nəticəsində Pinyeranın ölüm səbəbinin suda bataraq boğulma olduğu müəyyən edilib. Onun meyiti suyun 40 metr dərinliyində helikopterdə tapılıb.
Xatırladaq ki, faciə fevralın 6-da baş verib. Eks-prezidentin vəfatı ilə əlaqədar Çilidə üçgünlük matəm elan edilib. Pinyera 2010-2014-cü və 2018-2022-ci illərdə prezident olub.
Mənbə: TASS
www.RESMIXEBER.az