Sergey Markov: “Dünən seçicilər tək seçki olduğuna görə gəlməmişdilər”

Siyasət


Rusiyalı müşahidəçilər Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair brifinq keçiriblər.

resmixeber.az-ın məlumatına görə, 20 nəfərlik heyət seçki prosesini izləyib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, seçki tam şəffaf keçirilib:

“Fürsətdən istifadə edərək prezident seçkisində inamlı qələbəsinə görə İlham Əliyevi təbrik edirəm. Biz əminik ki, bundan sonra da Azərbaycan və Rusiya arasında əlaqələr davam edəcək”.

O qeyd edib ki, seçicilərin sıra növbəsini gözlədiklərini müşahidə ediblər:

“Seçicilərin belə yüksək səviyyədə iştirakı gözlənilən idi. Bu seçki ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edib. Bilirsiniz, dünən seçicilər tək seçki olduğuna görə gəlməmişdilər. Onlar İlham Əliyevi milli qəhrəman kimi qəbul edib gəlmişdilər. Seçicilər İlham Əliyevin “Qarabağ Azərbaycandır!” deyimindən istifadə edirdilər”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir