İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.
resmixeber.az xəbər verir ki, İƏT PA heyətinin rəhbəri Salma Joveira öncə Azərbaycan Respublikasının rəhbərliyinə dəvət üçün təşəkkürünü bildirib:
“Belə inam üçün minnətdaram. Xüsusilə Prezidentə təşəkkürümü bildirərəm ki, Pakistana inanıb, bizi buraya dəvət edib. Burada olmaqdan məmnunuq. Bizi burada xoş üzlə, yaxşı qarşıladır. Bizə qardaşsınız dedilər.
Pakistan 2013-21-ci illərdə bir çox tədbirlərdə iştirak etmişdi.
Seçki ilə bağlı fikirlərim çox müsbətdir. Seçki Azərbaycanda çox şəffaf keçib. Heç bir problem olmayıb. Hesab edirəm ki, bu seçki Azərbaycanın davamlı inkişafına təsir edəcək. Pakistan və Azərbaycanın birgə əməkdaşlığı sülh, əmin-amanlıq, xoşbəxtlik verəcək”.
Nəzrin Vahid
www.RESMIXEBER.az