“Müşahidəçilər bildirirlər ki, seçicilərin aktivliyi görünməmiş səviyyədədir. Azərbaycan vətəndaşları seçkilərdə çox böyük ruh yüksəkliyi ilə iştirak ediblər”.
resmixeber.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hər hansı qüsürlar olubsa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq araşdırılacaq:
“MSK-ya daxil olan müraciətlər ətraflı araşdırılmalıdır. Ondan sonra isə öz fikrimizi ictimaiyyətə açıqlayacağıq. Müşahidəçilər bildirirlər ki, seçicilərin aktivliyi görünməmiş səviyyədədir. Azərbaycan vətəndaşları çox böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak ediblər”, – M.Pənahov vurğulayıb.
Könül Cəfərli
www.RESMIXEBER.az