“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı “exit poll”un nəticələrini açıqlayıb.
resmixeber.az-ın məlumatına görə, mərkəzin direktoru Rizvan Abbasov bildirib ki, 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit poll” keçirilib.
O qeyd edib ki, “exit-poll”un nəticələrinə görə, İlham Əliyev – 92,6 faiz, Fuad Əliyev – 0,84 faiz, Qüdrət Həsənquliyev – 0,46 faiz, Elşad Musayev – 0,11 faiz, Fazil Mustafa – 0,58 faiz, Razi Nurullayev – 1,16 faiz və Zahid Oruc 0,37 faiz səs toplayıblar.
O qeyd edib ki, etibarsız bülletenlər isə 0,73 faiz təşkil edib:
“Exit poll”da iştirakdan imtina edənlər 3,15 faiz təşkil edib”.
İlhamə Əbülfət
www.RESMIXEBER.az