Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
resmixeber.az xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçici aktivliyi müşahidə edilir.
Səsverməyə gələn hər bir seçici, ilk olaraq, qeydiyyatdan keçir, seçki bülletenlərini götürərək seçdikləri namizədə səs verirlər.
Məntəqədə səsvermənin gedişini qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri ilə yanaşı, xarici müşahidəçilər də izləyirlər.
Əzizə İsmayılova
www.RESMIXEBER.az