Xüsusi turlarla səyahət qiymətləri artıb.
Xezerxeber.az-ın məlumatına görə, ötən illə müqayisədə hazırda qardaş Türkiyəyə, xüsusilə, hər il tələbatın çox olduğu Antalya istiqamətinə qiymətlərdə 500-800, hətta 1 000 dollar artım var.
Erkən rezervasiya deyərək turistlər hər il çalışırlar ki, qış aylarında yaya tədarük görüb, daha ucuz qiymətə turpaket alsınlar. Artıq bir aydan çoxdur ki, bu il üçün də erkən rezervasiya başlayıb. Əsas istək Antalyayadır. Ancaq qiymətlər ötən ildən fərqlənir, yəni bu il turla səyahət daha baha təklif olunur.
Hazırda həm qış mövsümü, həm də erkən rezervasiya dönəmidir. Türkiyənin İzmir və Bodrum istiqamətlərinə də qiymətlər, demək olar ki, eynidir.
Ətraflı süjetdə:
www.RESMIXEBER.az