Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərarı qeyri-obyektiv və qeyri-konstruktivdir.
Bu barədə Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu özünün “X” hesabında yazıb.
Onun sözlərinə görə, bu, açıq-aydın görünür:
“Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir”.
“Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”, – deyə keçmiş nazir yazıb.
AKPM’de Azerbaycan Ulusal Heyet üyelerinin yetki belgelerinin onaylanmamasından derin esef duydum.
Geçmişte benzer kararların alındığı örneklerle karşılaştırıldığında Azerbaycan’a yönelik bu kararın orantısız, dengesiz objektiflikten uzak ve yapıcı olmayan bir karar olduğu…
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) January 26, 2024
www.RESMIXEBER.az