Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, saxlanılanlar var

Dünya


Türkiyənin doqquz vilayətində eyni vaxtda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Məlumata görə, Türkiyə Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə İdarəsinin koordinasiyasında Sakarya, Dənizli, Ankara, Adana, Düzce, Bursa, Qaziantep, İstanbul və Yalovada İŞİD terror təşkilatına qarşı “Qəhrəmanlar-46” əməliyyatları keçirilib.

Əməliyyat çərçivəsində 28 nəfər saxlanılıb, külli miqdarda xarici valyuta və türk lirəsi əldə edilib.

Mənbə: trthaber

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir