Xarkovun “S-300” ilə dağıdılmış küçəsi – FOTOREPORTAJ

Cəmiyyət


Rusiya ordusu tərəfindən ötən gecə Ukraynanın Xarkov şəhərinə növbəti dəfə “S-300” kompleksləri ilə ağır raket zərbələri endirilib. Şəhərin mərkəzi Puşkin küçəsi, demək olar ki, yox edilib.

Zərbələrin gecə endirildiyi və insanlar dərhal sığınacaqlardan istifadə etdiyi üçün xoşbəxtlikdən insan tələfatı çox olmayıb. Yerli administrasiyanın verdiyi məlumata görə, 9 nəfər yaralanıb ki, onlardan dördü uşaq olub.

“resmixeber.az”un Şərqi Avropa bürosu Xarkovda dağılmış küçədən fotoreportaj hazırlayıb. Bura mərkəzi küçə olduğu üçün çoxsaylı ofis, köşk, kafe və dükan da sıradan çıxıb.

Qeyd edək ki, hazırda Xarkova hava hücumu ilə yanaşı, Rusiya sərhədindən yerüstü hücumlar davam edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir