Qaxda qar örtüyünün hündürlüyü yarım metrə çatır – FAKTİKİ HAVA

Cəmiyyət


Yanvarın 24-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə sulu qar, qar yağır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 44 sm, Kişçay (Şəki), Ordubadda 29 sm, Daşkəsəndə 26 sm, Yardımlı, Gədəbəydə 20 sm, Qəbələdə 18 sm, Göygöldə 17 sm, Lerikdə 16 sm, Qrızda 13 sm, Şəki, Şahbuz, Biləsuvarda 12 sm, Xaltan, Quba, Oğuzda 11 sm, Zaqatala, Qusarda 9 sm, Göytəpə, Naxçıvan, Altıağac, Tovuzda 8 sm, Ceyrançöldə 7 sm, Sədərəkdə 6 sm, Göyçay, Mingəçevir, Şərurda 5 sm, İmişli, Tərtər, Şabranda 4 sm, Qobustan, Ağdam, Ağstafada 3 sm, Gəncədə 2 sm, Culfa, Şəmkir, Bakı və Abşeron yarımadasında 1 sm olub.

Düşən yağıntının miqdarı Yardımlıda 26 mm, Lənkəranda 25 mm, Sarıbaşda (Qax) 19 mm, Lerik, Göyçayda 16 mm, Şərur, Cəlilabadda 15 mm, Astarada 14 mm, Zərdab, Lerikdə 12 mm, Biləsuvar, Gədəbəydə 11 mm, Kişçay (Şəki), Qəbələ, Oğuz, Kürdəmir, Şəki, Şahbuz, Daşkəsən, Beyləqan, İmişli, Zaqatala, Mingəçevir, Sabirabad, Ağdam, Neftçala, Tovuz, Göygöl, Naxçıvan, Balakən, Quba, Xaltan, Bərdə, Yevlax, Ordubad, Altıağac, Qusar, Tərtər, Qobustan, Sədərək, Şabran, Gəncə, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Ağstafa, Naftalan, Culfa, Salyan, Ceyrançöl, Ağsu, Ağcabədi, Şirvanda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.

Külək şimal-qərb küləyi arabir Naftalanda 18 m/s, Şirvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 15-20 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 2-5 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 15 dərəcəyədək şaxta olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir