Bakı yaxınlığında “unudulmuş” qəsəbə: “Kanalizasiya suları küçəyə axır, zibil qabları daşır” – ŞİKAYƏT + VİDEO

Cəmiyyət


Abşeron rayonunun Atyalı qəsəbəsinin sakinləri bir çox problemləri ilə bağlı şikayətlərinə cavab almadıqlarından gileylənirlər.

Qəsəbə sakini İlkin Həsənov şikayətlərini resmixeber.az-ın redaksiyasına ünvanlayıb.

Sakin qəsəbə ərazisində bir çox problemlərin olduğunu dilə gətirib:

“Yaşadığımız ərazidə kanalizasiya suları küçəyə, yola axır. Antisanitar vəziyyət hökm sürür. Zibil qabları isə qəsəbənin girişindədir. Az qala dolub-daşsın. Vaxtlı-vaxtında boşaldılmır. Qəsəbənin çox problemi həll olunmayıb.

Yollar keçilməz haldadır. Uşaqlar məktəbə gedəndə problem yaşayırlar. Yağış yağanda yollarda o qədər palçıq yaranır ki, qurumların özlərinin nümayəndələri gəlsələr, buradan çıxa bilməzlər. Şikayət etmişik, baxan yoxdur. Sahibsiz itlər də bir tərəfdən çoxalıb. Qadınlar, uşaqlar, yaşlılar küçəyə çıxa bilmirlər”.

Həmin görüntüləri təqdim edirik:

Məsələyə aydınlıq gətirilməsi üçün Abşeron Rayonu İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir