Hindistanın baş naziri Narendra Modi Ayodhya şəhərində qədim məscidin xarabalıqlarının yerində Rama tanrısına həsr olunan Ram Mandir hindu məbədi inşa etdirib.
Xarici KİV bunu “hind millətçiliyinin təntənəsi” adlandırıb.
Modi qeyd edib ki, bu tarix ölkə üçün yeni dövrün başlanğıcını qeyd edir və məbədin tikintisi bir çoxlarının illərdir bəslədiyi arzunun həyata keçməsidir.
Mərasimdə 8 min siyasətçi, diplomat, kino və estrada ulduzları iştirak ediblər, yüz minlərlə zəvvar şəhərə axın edib.
Qeyd olunur ki, əvvəllər bu yerdə əsrlər boyu məscid dayanıb, 1992-ci ildə isə hakim “Bharatiya Canata” partiyasının üzvləri tərəfindən qızışdırılan dini fanatiklər tərəfindən sökülüb. Məscidin sökülməsi iğtişaşlara səbəb olub və nəticədə əksəriyyəti müsəlman olan 2 minə yaxın insan ölüb.
Təhlilçilər və politoloqlar bazar ertəsi baş tutan təntənəli mərasimi 10 illik hakimiyyətdə olduğu müddətdə ölkəni dünyəvi demokratiyadan fərqli bir hindu dövlətinə çevirməyə çalışan Modinin seçki kampaniyasının başlanğıcı kimi qiymətləndirirlər.
Mənbə: Hindustan Times
www.RESMIXEBER.az