Ağdamda piyadanı vuran sürücü hadisə yerindən yayınıb

Cəmiyyət


Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Səxavət Yafət oğlu Əliyevi avtomobil vurub.

Qəzanı törədən sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir