Lənkəranda maşın dirəyə çırpılıb, yeniyetmə ölüb

Cəmiyyət


Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə rayonun Talışlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 markalı idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü M. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə FHN xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub və meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir