Mais Ağayev öz ərizəsi ilə işdən ayrılıb? – AÇIQLAMA

Cəmiyyət


Səlahiyyətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) verilən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan Mais Ağayevin öz ərizəsi əsasında işdən uzaqlaşdığı bildirilir. 

resmixeber.az-ın əldə etdiyi məlumata görə, Mais Ağayev 2023-cü ilin noyabr ayından etibarən öz ərizəsi ilə işdən ayrılıb.

resmixeber.az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb. Qurumun sözçüsü Tural Orucov isə bu barədə açıqlama vermək istəmədiyini bildirib:

“Təmsil etdiyim qurumla bağlı bütün sualları cavablandırmağa hazıram. Hansısa işçi ilə bağlı açıqlama vermək istəmirəm”.

Aytac Qasımova

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir