“Azəriqaz”: “Sakinlər qazın təzyiqinin az olmasından gileyləndilər – 20 kənar müdaxilə aşkar edildi”

Cəmiyyət


Bu yaxınlarda Bakıətrafı kəndlərinin birində 500 metrlik qaz boru xəttinin üzərində 20 kənar müdaxilə aşkar edilib.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

“Həmin xəttin sonunda yaşayan sakinlər dayanmadan “Azəriqaz”a qazın təzyiqinin olmaması ilə bağlı müraciət edirdilər. Təsəvvür edin ki, həmin o 20 kənar müdaxilədən 50% qaz qonşuların fərdi yaşayış evlərinə gedirsə, 50%-də havaya gedir. Belə olan halda qazın təzyiqi təbii olaraq aşağı düşür, nəticədə isə qonşulara qazın təzyiqi gedib normal çatmır”, – deyə o qeyd edib.

“Azəriqaz”ın sözçüsü abonentlərə kənar müdaxiləyə getməməyi tövsiyə edərək, onsuz da gec-tez bu cür halın ortaya çıxacağını bildirib:

“Abonent aylardır qazın istehlakına görə sabit ödəniş edir və birdən təzyiqin kəskin azalması baş verir. Hesablama yolu ilə kənar müdaxilənin edildiyi dövr müəyyən edilir və birliyə dəyən ziyanın kənar müdaxiləni həyata keçirmiş abonentdən ziyanın ödənilməsi təmin edilir. Bu hallar təkrarlandığı təqdirdə artıq biz qanun çərçivəsində tədbirlərin görülməsi üçün həmin şəxslər haqqında hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalırıq”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir