BƏƏ-də qeyri-adi turizm növü populyarlıq qazanır

Dünya


Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səyahət edənlər üçün təklif edilən, qadcetlərdən uzaq və yaxşı gecə yuxusu vəd edən turlar populyarlıq qazanıblar.

Mütəxəssislər hesab edirlər ki, macəra məqsədi daşıyan səyahətlər tezliklə keçmişdə qalacaq.

Qeyd edək ki, qeyri-adi turizm növü hesab edilən bu tip səyahətlər insanların maraqlarını cəlb edib.

“OnePoll”un sorğusuna əsasən, BƏƏ sakinlərinin 80%-i yuxularının keyfiyyəti haqqında bir neçə il əvvəlkindən daha tez-tez düşünməyə başlayıblar. Ölkəyə səyahət edənlərin 46%-i gündə tövsiyə olunan yeddi-səkkiz saatı yuxuya sərf edə bilmədiklərini, 59% isə bu il yuxunu yaxşılaşdırmaq üçün dərman qəbul etməyi planlaşdırdıqlarını qeyd ediblər. Respondentlərin 63%-i tətil zamanı daha yaxşı yatdıqlarını bildiriblər.

“Doyunca yata biləcəyiniz ən yaxşı turizm istiqamətləri Hoyan (Vyetnam), Santorini və Romadır”, – məlumatda bildirilir.

Xatırladaq ki, ötən il “yuxu turizmi” mövzusunda müraciətlərin sayı 12,1 dəfə artıb. Tədqiqatçıların fikrincə, yuxu pozğunluğu pandemiyanın ən geniş yayılmış nəticələrindən biridir.

Mənbə: russianemirates.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir