Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukraynanın cənub vilayətlərində, Xersonda və Zaporojye şəhərində vəziyyət günü-gündən gərginləşir:
“Xarkov və Dnepr şəhərləri son bir həftədə dayanmadan ardıcıl olaraq raket zərbələrinə məruz qalır. Təkcə Xarkovda ölənlərin sayı təxminən 30-a çatıb, yaralananların sayı isə 100-ü keçib”.
Bildirilib ki, şimal sərhədlərindən Ukrayna ərazisinə nüvə hücumunun olması ehtimalı müzakirə edilir.
M.Aslanov qeyd edib ki, Zaporojye şəhərində yaşayan azərbaycanlıların verdiyi məlumata görə, həmyerlimiz Ağayev Zəfər təxminən 10 gün əvvəl itkin düşüb.
“Bildirilib ki, Zəfər Ağayevin kiminləsə mübahisəsi olub. Təxminən bir həftə sonra isə onun işgəncəyə məruz qalmış, olduqca çox pis halda meyiti tapılıb”.
Ətraflı Baku TV-nin süjetində:
www.RESMIXEBER.az