Bu gündən növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb.
Artıq seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilir. Həmçinin şəhərin bir çox nöqtələrində də MSK tərəfindən hazırlanmış və əhalini seçkilərdə aktiv iştiraka dəvət edən posterlərə rast gəlmək mümkündür.
Yanvarın 15-dən start götürən proses fevralın altısı saat 8:00-da dayandırılacaq.
Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi yanvarın 9-da başa çatıb. 2024-cü il fevralın yeddisində keçiriləcək növbədənkənar Prezident seçkilərində yeddi nəfərin namizədliyi qeydə alınıb.
PhotoStock.az-ın təşviqatın gedişi ilə bağlı çəkdiyi fotoları təqdim edirik:





Daha çox foto burada: PhotoStock.az
www.RESMIXEBER.az