İranda bloqerlər prokurorluğa çağırılıblar – FOTO

Dünya


İranın Kerman əyalətinin Zərənd şəhərində beş bloqer və sosial media fəalı Prokurorluğa çağırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Zərənd şəhərinin İnqilab prokuroru Rza Yəqubi bloqerlərin sosial şəbəkələrdə “əxlaq normalarına zidd video və fotolar paylaşdıqlarına görə” çağırıldıqlarını bildirib.

Bloqerlərin kimliyi və barələrində irəli sürülən ittihamlarla bağlı açıqlama verilməyib.

 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir