Salyana yağan qar elektrik enerjisinin verilişində çətinliklər yaradıb

Cəmiyyət


Salyanda qarın yağması elektrik enerjisinin verilişində çətinliklər yaradıb.

“resmixeber.az”un məlumatına görə, səhər saatlarında küləklə müşahidə olunan yağış axşam qara çevrilib. Bəzi yerlərdə qarın hündürlüyü 3-5 santimetrə çatıb.

Sakinlərin sözlərinə görə, küləklə müşahidə olunan qarın yağması bəzi transformatorları işlək vəziyyətindən çıxarıb. Nəticədə rayonun Şorsulu və Sarvan ərazi vahidliklərində enerjinin verilişində fasilələr yaranıb. Şəhər əhalisinin bir hissəsi işıqsız qalıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən transformatorlarda yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində işlər aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir