Yanğın ərəfəsində “Wildberries” anbarında kütləvi təhlükəsizlik yoxlamaları aparılıb. Buna səbəb anbar yaxınlığında baş verən bıçaqlanma hadisəsi olub.
Məlumata görə, yanvarın 10-dan 11-nə keçən gecə Sankt-Peterburqun Moskva şosesindən bir qədər aralıda kütləvi dava olub. Tacikistan və Azərbaycan vətəndaşları arasında düşən davada tacikistanlı azərbaycanlıya bir neçə bıçaq zərbəsi endirib.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Polis qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açıb.
Lakin dava zamanı marketpleys anbarının işçiləri də xəsarət alıblar. Hadisə yerinə gələn polis əməkdaşları anbar işçilərini və anbarı nəzarət altına alıblar.
Mənbə: “Baza” “Telegram” kanalı
www.RESMIXEBER.az