Ötən il 10 min iranlı Almaniyadan sığınacaq istəyib – FOTO

Dünya


Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi hesabat yayaraq bildirib ki, 2023-cü ildə 10 mini iranlı olmaqla 350 mindən çox insan Almaniyadan sığınacaq almaq üçün müraciət edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Almaniyadan ən çox sığınacaq istəyənlər Yaxın Şərq və Afrika ölkələrinin vətəndaşları olub. İran isə sığınacaq istəyənlər siyahısında ilk 10 ölkə arasında yer alıb.

Qeyd olunub ki, iranlıların Almaniyada sığınacaq axtarmalarına əsas səbəb ölkədəki siyasi-iqtisadi problemlər, qanunsuz həbs və sürgünlər, internetə qoyulan məhdudiyyətlər və universitetlərdən çox sayda professor, müəllim və tələbənin qovulması olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir