Suriyada İrana bağlı narkotik qaçaqmalçılarının sığınacaqlarına zərbə endirildi – FOTO

Dünya


İordaniya ordusu bu həftə ikinci dəfə İrana bağlı narkotik qaçaqmalçılarının sığınacaqlarına hava zərbəsi endirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, İordaniya ordusunun təyyarələri İordaniya-Suriya sərhədinə yaxın Suveyda əyalətinin Şəb və Arman şəhərlərində sözügedən sığınacaqları hədəfə alıb.

Qeyd olunub ki, Suriyadan İordaniyaya narkotik maddələr keçirən İrana bağlı yaraqlılarla əlaqədə şübhəli bilinən şəxslərlə qarşıdurmadan sonra İordaniya hökuməti ötən aydan bu yana narkotik qaçaqmalçılarına qarşı təbdirləri gücləndirib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir