“Perinatal Mərkəzdə baş verən yanğın zamanı təxliyə edilən və tüstüdən zəhərlənən üç nəfərdən ikisi evə buraxılıb”.
Bunu resmixeber.az-a Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.
O bildirib ki, KTM-in Toksikologiya şöbəsinə iki qadın, bir kişi yerləşdirilib:
“Onlardan ikisi artıq evə buraxılıb. Bir nəfərin müalicəsi isə şöbədə davam etdirilir”.
Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.
Könül Cəfərli
www.RESMIXEBER.az