Azərbaycanda kitabxanaların sayı AZALIB, kitabxanaçıların sayı isə ARTIB – Maraqlı TƏZAD

Cəmiyyət


Son beş ildə Azərbaycanda kitabxanaların sayı azalıb. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, 2018-ci ildə ölkədə 2 942 kütləvi kitabxana mövcud idisə, 2021-ci ildə 2 915, 2022-ci ildə isə kitabxanaların sayı 2 913 olub.

Həmçinin, ölkədə uşaq kitabxanalarının sayında da azalma qeydə alınıb. 2018-ci ildə uşaqlar üçün 89 kitabxana fəaliyyət göstərirdisə, 2022-ci ildə müəssisələrin sayı 87-yə enib.

Kitabxanalarla yanaşı, kitabxana fondu da azalıb. Amma maraqlıdır ki, son beş ildə kitabxana işçilərinin sayında artım olub. Belə ki, 2018-ci ildə 8 025 kitabxana işçisi vardısa, 2022-ci ildə işçilərin sayı 8 152 nəfərə çatdırılıb.

Xatırladaq ki, ölkədə müstəqillik illərində ən çox kitabxana sayı 1992-ci ildə qeydə alınıb. Həmin il ölkədə 4 909 kitabxana fəaliyyət göstərib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir