“Aygün Bəylər sonuncu dəfə Şuşaya getmək istədiyini demişdi”.
resmixeber.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Hümmətova ilə vida mərasimidə “Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal deyib.
O, Əməkdar artistlə son söhbətindən bəhs edib:
“Nə deyə bilərəm… Çox böyük itkidir. Son dəfə dekabrın 30-da danışdıq. Türkiyəyə yola düşürdü. Ən böyük arzusu Şuşaya getmək idi. Dedi ki, hər şey yaxşı olsa, Şuşaya gedəcək. Çox təəssüf, belə oldu. Çox çətindir. Allah rəhmət eləsin!”
Nəzrin Vahid
www.RESMIXEBER.az