Qaradağ polisindən ƏMƏLİYYAT: Maşında külli miqdarda narkotik tapıldı – VİDEO

Kriminal


Qaradağ rayonunda keçirilən əməliyyat zamanı Lənkəran sakinindən altı kiloqram marixuana və 700 ədəd metadon həbi aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Səngəçal qəsəbəsi ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini 1992-ci il təvəllüdlü Fəxrəddin Bağırlı saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi KIA markalı avtomobildən altı kiloqrama yaxın qurudulmuş marixuana və 700 ədəd psixotrop tərkibli metadon həbi aşkar olunaraq götürülüb. F.Bağırlı ondan aşkar olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir