İsmayıllı rayonunun Gideyli kəndinin sakinləri içməli su sarıdan gileylidir.
Xezerxeber.az-ın xəbərinə görə, 300-ə yaxın sakin iddia edir ki, buna səbəb kənddə quraşdırılan mobil tipli su anbarıdır. Belə ki, əhaliyə gündə bir dəfə 30-40 litr su verilir ki, həmin su da yarasızdır. Sudan həm qoxu gəlir, həm də qumludur.
“Azərsu ASC”dən “Xəzər Xəbər”ə mövcud problemlə əlaqədar açıqlama verilib.
Daha ətraflı videomaterialı təqdim edirik:
www.RESMIXEBER.az