Bakı şəhərində kişi 20 gündür ki, küçədə yaşayır.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin şəxs bildirib ki, qardaşı ilə problemi olub və evdən çıxıb:
“20 gündür ki, 6-cı mikrorayonda yağışda, küləkdə çöllərdə qalmışam. Dəmir, plastik qablar yığıb satıram. Gecələr də ocaq qalayıram. Əlimi də ilan vurub”, – deyə kişi bildirib.
resmixeber.az məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxlayıb.
Agentliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun əməkdaşları sözügedən vətəndaşın yaşadığı ünvana baş çəkərək qiymətləndirmə aparacaqlar.
Daha çox foto burada: PhotoStock.Az
İlhamə Əbülfət
www.RESMIXEBER.az