“Mançester Siti”nin futbolçusunun malikanəsi qarət olundu – FOTO

Dünya


“Mançester Siti”nin futbolçusu Cek Qrilişin malikanəsi qarət olunub.

Soyğunçular ingilis futbolçunun evindən 1 milyon funt-sterlinq dəyərində bahalı saatlar və zinət əşyaları aparıblar.

Hadisə Premyer Liqanın 19-cu turunun “Everton”la matçı (3:1) zamanı baş verib. Həmin vaxt 28 yaşlı vingerin ailə üzvləri evin birinci mərtəbəsində olub və oyunu izləyiblər.

“Mançester Siti” Cek Qrilişi 2021-ci ilin avqust ayında “Aston Villa”dan transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə “şəhərlilər”in heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir