Moldova parlamenti Avropa İttifaqına daxil olmaq üçün nəzərdə tutulan referendumun 2024-cü ildə keçiriləcək prezident seçkisi ilə birləşdirilməsini qanuniləşdirmək üçün Seçki Məcəlləsinə dəyişiklik edib.
Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
“Referendum prezident, parlament və yerli hakimiyyət orqanlarının seçkiləri ilə eyni vaxtda keçirilə bilər. Müvafiq dəyişikliklər bu gün keçirilən plenar iclasda təsdiq edilib”, – məlumatda bildirilib.
Mənbə: TASS
www.RESMIXEBER.az