“Son beş ildə Azərbaycanda ünvanlı sosial yardımın aylıq məbləği üç dəfə artıb”.
“resmixeber.az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.
Nazir bildirib ki, bu dövr ərzində Azərbaycanda minimum pensiyalar 2,5 dəfə, orta pensiyalar 2,1 dəfə, sosial müavinət və təqaüdlər beş dəfə, ünvanlı sosial yardımın aylıq məbləği isə üç dəfə artıb:
“Bunlar çox böyük və əhatəli proqramlardır. Ümumilikdə, bu sosial islahatlar dörd milyondan çox vətəndaşımızı əhatə edir. Bu sosial ödənişlərin illik məbləği yeddi milyard manata bərabərdir. Bu rəqəm Azərbaycanın sosial siyasətinin ən bariz göstəricisidir”.
Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği 270 manat olacaq. Bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 % çoxdur.
www.RESMIXEBER.az