Bərdədə qəza: Piyada öldü

Cəmiyyət


Bərdə rayonunda piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, dekabrın 27-də Habil Salahov idarə etdiyi VAZ-2106 markalı avtomobillə Bərdə rayonu Böyük Göyüşlü kəndi ərazisində hərəkətdə ikən yolu keçməkdə olan piyada – 1938-ci il təvəllüdlü Əli Həsənovu vurub. Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat edib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəllənin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir